Qarabağda erməni hərbçi özünü partladaraq intihar edib - YENİLƏNİB

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsindəki Ermənistan ordusunun hərbçisi Parqev Markaryanın üstündəki qumbara ilə özünü partladaraq öldürdüyü ehtimal olunur.
Report “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onun meyiti dislokasiya yerindən 1,5 km aralıda sağ biləyi qopmuş, döş və qarın boşluğu yaralanmış halda tapılıb.
İstintaqın versiyasına görə, o, bütün xəsarətləri qumbaranın partlaması nəticəsində alıb.
14:12
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsindəki Ermənistan ordusunun qeyri-müəyyən şəraitdə itkin düşən hərbçisinin meyiti tapılıb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, 1998-ci ildə anadan olmuş Parqev Markaryanın meyiti qulluq etdiyi hərbi hissədən 2,5 km aralıda tapılıb.
14:10
Qarabağda aparılan axtarışlar nəticəsində erməni hərbi qulluqçu Parkev Markaryanın meyiti tapılıb.
Avtosfer.az-ın məlumatına görə, P. Markaryanın meyitinin xidmət etdiyi hərbi hissədən 2.5 km kənarda tapıldığı xəbər verilir.
1998-ci il təvəllüdlü P. Markaryanın hərbi hissəni qeyri-müəyyən şəraitdə tərk etdiyi bildirilir.
Onun nə vaxt itkin düşdüyü açıqlanmır.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










