Qarabağda ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması və ekoloji tarazlığın bərpası müzakirə edilib - FOTO

8 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu ilə Ekologiya istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında Qarabağda ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması və ekoloji tarazlığın bərpasına həsr olunan fikir mübadiləsi görüşü keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin məsul şəxsi Murad Şahverdiyev və eko təşkilatlarının nümayəndələri iştirak edirdi.
Tədbir zamanı Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin məsul şəxsi Murad Şahverdiyev, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova erməni təcavüzü nəticəsində törədilən ekosid, ekoloji tarazlığın təmin olunmasında vətəndaş cəmiyyətinin rolu və digər mövzularda çıxış ediblər.
İşğaldan əvvəl burada “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş çox sayda fauna və floranın əksəriyyəti artıq məhv edilməsindən bəhs edən tədbir iştirakçıları meşələrin, endemik flora və faunanın bərpası, yerli ağac növlərinin əkilməsi və ekoloji terrorun aradan qaldırılması üçün bütün eko təşkilatlarını, eyni zamanda cəmiyyətin bütün üzvlərini Fondun Qarabağı Daha Yaşıl Bərpa Edək hərəkatına qoşulmağa dəvət edib.
Tədbirin sonunda Fondun PR və Kommunikasiya üzrə Koordinatoru Pərvin Məmmədovanın moderatorluğu ilə sual-cavab sessiyası keçirilib.
Müzakirələr zamanı işğaldan azad edilən ərazilərdə meşələrin bərpa olunması ilə yanaşı, ağacların kökləri və bitki örtüyü torpaq ehtiyatlarının qorunması, sürüşmələrin və eroziyanın qarşısının alınması, ağaclar həmçinin çay və çay sahil zonalarında suyun saxlanması, keyfiyyətinin qorunması kimi məsələlərə xüsusi diqqət ayrılıb.
Yaşadığı yerdən asılı olmayaraq hər bir soydaşımızın işğaldan azad edilən ərazilərin Daha Yaşıl bərpa olunması üçün Qarabağ Dirçəliş Fonduna ianə edərək Fondun bu istiqamətdə göstərdiyi təşəbbüslərə qoşulması bu ərazilərin dirçəlişi üçün olduqca zəruridir.
Ən başlıcası, bu təşəbbüs çərçivəsində əkilən ağaclar birliyimizin Qarabağda davamlı gələcəyə dəstəyini simvollaşdıracaq. Gələcək nəsillər bu meşələrin yaratdığı kölgə və təbii istirahət zonalarından zövq alacaq və bütün bölgə bir daha çiçəklənən və sağlam ekosistemdən faydalanacaq.
İanə edin Qarabağı Birlikdə Daha Gözəl və Daha Yaşıl bərpa edək.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/iane-et/)
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ











