Qazaxıstan Çinlə birgə Kurık limanında nəqliyyat mərkəzi yaratmaq istəyir

Qazaxıstan Xəzər dənizi sahilindəki Kurık limanında Çinlə birgə yük terminalı yaratmağı təklif edib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən "Mərkəzi Asiya-Çin" sammitində bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya Asiya və Avropanın ən iri bölgələrini birləşdirən mühüm logistika mərkəzinə çevrilir.
Tokayev xatırladıb ki, 2024-cü ildə Çindən Mərkəzi Asiya ölkələri vasitəsilə yük daşımalarının ümumi həcmi 12 % artaraq 211 min konteyneri ötüb.
"Transkontinental əlaqələrin gücləndirilməsinə və Mərkəzi Asiya regionunun rəqabət üstünlüklərinin üzə çıxarılmasına xüsusi əhəmiyyət veririk. "Bir kəmər, bir yol" meqalayihəsinin ilk həlqəsini təmsil edən Qazaxıstan onun "Qərbi Çin – Qərbi Avropa", Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və "Şimal – Cənub" kimi əsas nəqliyyat dəhlizləri ilə birləşdirilməsinin tərəfdarıdır. Transxəzər marşrutunun cəlbediciliyini artırmaq üçün Xəzər dənizi limanlarının modernləşdirilməsi və rəqəmsallaşdırılması, yük terminallarının tikintisi, nəqliyyat gəmilərinin istehsalının təşkili üzrə sistemli tədbirlər görürük. Xəzərdəki Kurık limanında Çinlə birgə yük terminalının yaradılması məsələsini nəzərdən keçirməyi təklif edirik", - o bildirib.
Prezident qeyd edib ki, Qazaxıstan həmçinin Avropa İttifaqına malların tranziti üçün Aktobedə yük aviahabı yaratmağa hazırdır.
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib












