Qazaxıstan Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak etməyə hazırdır

Qazaxıstan Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak etməyə hazırdır. Avtosfer.az "Trend"ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzaqaliyev Nyu-Yorkda Caspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi altıncı illik Xəzər Biznes Forumunda bildirib.
Mirzaqaliyev qeyd edib ki, Orta Dəhliz sürətlə əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) isə regional əməkdaşlıq üçün yeni imkanlar açır.
“Biz TRIPP təşəbbüsünü alqışlayırıq və Orta Dəhliz boyunca əlaqəliliyin möhkəmləndirilməsi üçün Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak etmək istərdik”, — deyə o vurğulayıb.
Mirzaqaliyev ayrıca Qazaxıstan ilə ABŞ arasında enerji əməkdaşlığının əhəmiyyətinə də toxunub.
“Enerji sektoru bizim iqtisadiyyatımızın və ABŞ-la ikitərəfli münasibətlərimizin təməl daşıdır. Biz ABŞ-ın enerji prioritetlərini bölüşürük. ABŞ-a idxal olunan uranın orta hesabla 24 faizi Qazaxıstandan tədarük olunur. Biz ABŞ-ın nüvə energetikası sahəsində etibarlı və güvənilən tərəfdaşı kimi rolumuzu möhkəmləndirməyə hazırıq”, — Mirzaqaliyev bildirib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












