Qazaxıstandan dəmir yolu ilə Azərbaycana göndərilən taxılın həcmi açıqlanıb

Qazaxıstan dəmir yolları ilə Rusiya Federasiyası ərazisilə Azərbaycana 500 min tondan artıq taxıl göndərilib. Avtosfer.az-ın məlaumatına görə, bu barədə APA “Qazaxıstan Dəmir Yolları” şirkətinə (QDY) istinadən xəbər verir.
Məlumata görə, bu ilin birinci yarısında QDY tərəfindən 6,6 mln. ton taxıl daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 53% çoxdur. Hesabat dövründə ixrac daşımaları 62% artaraq 5,1 mln ton təşkil edib.
Qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında Qazaxıstandan dəmir yolu ilə Mərkəzi Asiya ölkələrinə 2,6 mln. ton taxıl göndərilib ki, bu da ötən illə müqayisədə 31% çoxdur. Qırğızıstan və Türkmənistana daşınma iki dəfə artaraq, müvafiq olaraq 158 min və 29 min tona çatıb. Özbəkistana 1,8 mln. tondan çox (+23%), Tacikistana - 623 min ton (+35%), Əfqanıstana isə 117 min ton (+35%) taxıl göndərilib.
Hesabat dövründə QDY üzrə limanlar və tranzit marşrutları ilə daşımalar üzrə əhəmiyyətli artım nümayiş etdirilib. Belə ki, Aktau və Kurık vasitəsilə İrana daşınmaların həcmi 12 dəfə, Rusiyadan keçməklə 4,7 dəfə, Baltikyanı ölkələrə isə 13 dəfə artıb. Qara dəniz limanları ilə daşımalar 45%, Baltik limanları ilə isə 18% artıb.
“Rusiya Federasiyası vasitəsilə Azərbaycana tranzit 500 min tonu ötüb”, - məlumatda vurğulanır.
Bildirilir ki, QDY taxıl anbarlarını yeni məhsula hazırlamaq üçün yerli istehsalçılardan kənd təsərrüfatı məhsullarının xarici bazarlara vaxtında göndərilməsini təmin etməkdə davam edir.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










