Qeyri-əhali sektorunun istilik təchizatı: Sui-istifadə hallarını qarşısı necə alınmalıdır?- EKSPERT RƏYİ

Tarif Şurasının qərarına əsasən, sentyabrın 1-dən etibarən qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb. “Azəristiliktəchizat” ASC ilə müqavilə əsasında müəyyən ediləcək. Bir çox inkişaf etmiş dövlətlərdə qeyri-əhali qurupunun, yəni müəssələrin istilik təminatının özəl şirkətlər tərəfindən təmin edilir və qiymətləndirilir. Lakin həmin ölkələrdə bu sistemə güclü nəzarət olduğu üçün sahibkarların sui-istifadə hallarının qarşısı alınır. Bəs ölkəmizdə necə? Bu dəyişikliylərə nəzarət hansı üsullarla təşkil edilməlidir?
Məsələ ilə əlaqədar Avtosfer.az-a açıqlama verən iqtisatçı ekspert Rəşad Həsənov bildirib ki, ümumiyyətlə, bu istiqamətdə qəbul edilən qərarları müsbət qiymətləndirmək lazımdır.
“Çünki bu dəyişiklik həm “Azəristiliktəchizat”ın, həm də maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinin yaxşılaşdırılması, eyni zamanda qiymətqoyma siyasətinin çevikliyi baxımından əlverişlidir. Bu addım dövlət büdcəsi üzərində formalaşan yükün də azaldılmasına tövhə verə bilər. Həmçinin, bu, eyni zamanda özəl sektorda ədalətsiz rəqabət mühitinin formalaşmasının müəyyən mənada qarşısını alır. Bir çox hallarda özəl sektor eyni zaman da bu istiqamətdə özəl sektor xidmətlərindən istifadə edir. Yəni müəssələrin bir qismi özəl sektorun istilik təchizatı xidmətlərindən istifadə edir və daha yuxarı qiymətə bu xidmətləri alırlar. Başqaları isə dövlət xidmətlərindən istifadə edirlər və Tarif Şurası tərəfindən bugünə qədər tənzimlənmiş çox ucuz qiymətə bu istilik xidmətlərini istehlak edirlər. Burada bir disbalans da yaranıb. Bu prosesin özü və yanaşma doğru yanaşmadı. Növbəti mərhələdə yarana biləcək neqativ və sui-istifadə halları məsələsi var. Diskriminativ müqavilə şərtlərinin formalaşması və yaxud subyektiv yanaşma kimi neqativ halların qarşısını almaq üçün proses maksimum şəfaflıqla həyata keçirilməlidir.
Rəşad Həsənov həmçinin vurğulayıb ki, burada hər fərdə münasibətdə deyil, biznes quruplarına, iqtisadi seqmentlərə münasibətdə konkret müqavilə şərtləri olmalıdır. Bu müqavilə şərtləri ictimailəşdirilməli və onun müddəlarını hərkəs bilməlidir. Əməkdaşlıq çərçivəsində proses tamamilə hesabatlı və şəffaf aparılarsa, bu kimi halların qarşısının alınması mümkündür.
Hülya
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












