Qəzada yaralananların ikisi metropolitenin əməkdaşıdır

Bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzada yaralananlardan iki nəfəri “Bakı Metropoliteni” QSC-nin əməkdaşıdır.
Bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, həmin şəxslər Metropolitendə gecə növbəsində çalışan əməkdaşlardır: “Cavid Qəribov tunel fəhləsi, Sərdar Rzayev isə elektrik çilingəri vəzifəsində çalışır. Yaralıların hər ikisi Sabunçu Xəstəxanasına çatdırılıblar. C. Qəribova yardım göstərilərək evə buraxılıb, S. Rzayevin müalicəsi hazırda xəstəxanada davam etdirilir”.
Qeyd edək ki, qəza bu gün səhər saatlarında aeroport yolunda baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobilinin “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb. İlkin məlumata görə, qəzaya yük avtomobilinin sürücüsünün yuxulu olması səbəb olub. Həmin sürücü - 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu tutulub. Faktla bağlı araşdırma aparılır.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












