Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA - FOTO

Qış mövsümündə havanın kəskin dəyişməsi, yolların buz bağlaması və ya intensiv qar yağışı nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, bəzən isə ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, gecə saatlarında riskin artması həm dövlət qurumlarının, həm də vətəndaşların daha hazırlıqlı olmasını zəruri edir. Qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kompleks şəkildə həyata keçirilməlidir.
![]()
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, həm dövlətin aidiyyəti qurumları, həm də vətəndaşlar qış mövsümünə uyğun şəkildə daha hazırlıqlı olmalıdırlar:
"Artıq ilbəil iqlim dəyişiklikləri müşahidə olunur və bu dəyişikliklər xüsusilə dağlıq regionlarda özünü daha kəskin şəkildə göstərir. Əgər vətəndaşlar qış aylarında dağlıq ərazilərə istirahət məqsədilə və ya digər səbəblərlə səfər edirlərsə, mütləq şəkildə avtomobillərini mövsümə uyğun hazırlamalıdırlar. Qış təkərlərindən istifadə, təkər zəncirlərinin olması, hava şəraitini nəzərə alaraq alternativ və daha təhlükəsiz marşrutların seçilməsi son dərəcə vacibdir. Bu cür sadə, lakin məsuliyyətli yanaşma bir çox qəzanın qarşısını ala bilər.
![]()
Digər tərəfdən, dövlət qurumları da son illərin təcrübəsini və statistik göstəriciləri təhlil edərək qabaqlayıcı tədbirləri əvvəlcədən görməlidirlər. Qar təmizləyən texnikaların müvafiq ərazilərdə yerləşdirilməsi, qum-duz ehtiyatlarının öncədən təmin olunması və sürücülər üçün maarifləndirmə işlərinin aparılması vacib şərtlərdən biridir. Çünki bəzi hallarda yolların vaxtında təmizlənməməsi səbəbindən avtomobillər yolda bloklanır və nəticədə qar təmizləyən texnika hadisə yerinə gedib çıxa bilmir. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir. Ona görə də bu məsələlər kompleks şəkildə həll olunmalı, hər bir tərəf üzərinə düşən məsuliyyəti dərk etməlidir.
![]()
Dünya təcrübəsinə baxdıqda görürük ki, dağlıq regionlarda istifadə olunan qar təmizləyən texnikalar mütəmadi olaraq yenilənir. Bizdə isə bəzi ərazilərdə texnikanın köhnə olması problemlər yaradır. Halbuki əvvəlcədən məlumdur ki, hansı regionlarda bu texnikaya daha çox ehtiyac var. Bunlar Böyük Qafqaz dağları, Kiçik Qafqaz dağları, Talış dağlarının ətəyi və ətrafında yerləşən bölgələrdir. Həmin ərazilərdə bir sıra respublika əhəmiyyətli yollar və magistrallar mövcuddur ki, qış aylarında onların fasiləsiz fəaliyyəti üçün müasir və yetərli texnikadan istifadə olunması xüsusilə vacibdir. Bu addımlar atıldığı təqdirdə həm nəqliyyatın təhlükəsizliyi təmin olunar, həm də qəzaların sayı əhəmiyyətli dərəcədə azalar".
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












