Qəzaya düşərək yatağa məhkum olan bacı-qardaş çətin vəziyyətdədir - FOTO

Şəki rayonunda qəzaya düşən bacı və qardaş çətin vəziyyətdədir. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, Cəlalə Şirinova və Hümmət Şirinov rayonun Kiş kəndində onurğa zədəsi ilə yataq xəstəsidir, tək arzuları isə ayağa qalxmaqdır.
İddia edilib ki, bacı-qardaş diqqət və qayğıdan kənarda qalıb.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə əlaqə saxladıq.
ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəki rayonu Kiş kənd sakinləri Şirinova Cəlalə Məmməd qızı və Şirinov Hümmət Məmməd oğlunun əlillikləri 2014-cü ildən başlayıb:
“Hazırda hər iki vətəndaşın onurğa beyninin zədələnməsi diaqnozu ilə birinci qrup müddətsiz əlillik təyinatı var”.
Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki rayonunun Kiş kənd sakinləri, I dərəcəli əlilliyi olan Şirinov Hümmət Məmməd oğlu və bacısı, I dərəcəli əlilliyi olan Şirinova Cəlalə Məmməd qızının ailələrinə ünvanlı dövlət sosial yardımı təyin olunması üçün etdikləri müraciətə baxılıb:
“Ailə 7 nəfərdən - Hümmət, Cəlalə, onların anası və qardaşı, qardaşının həyat yoldaşı və iki azyaşlı övladından ibarətdir.
Ailənin gəlirləri Hümmət və Cəlalənin sosial müavinət və təqaüdlərindən (cəmi 660 manat) ibarətdir. Ailənin pay torpaq mülkiyyəti olsa da, əsas mülkiyyətçi babalarıdır. Ailə ilə əlaqə saxlanılaraq ünvanlı sosial yardımla bağlı qanunvericilik ətraflı izah edilib.
Bildirilib ki, kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətinin onların ailəsinin payına düşən hissəsini rəsmiləşdirdikdən sonra ailələrinin sosial yardım almaq hüququna baxılması üçün elektron qaydada www.sosial.gov.az və www.e-gov.az internet portalları vasitəsi ilə müraciət edə bilərlər”.
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










