Qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

2025-ci ilin iyununda "Air India" şirkətinə məxsus "Boeing 787" təyyarəsinin qəzasından sağ çıxan yeganə şəxs uçmaqdan çox qorxduğu üçün heç vaxt Böyük Britaniyaya qayıtmaya bilər. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. Məlumata görə, Lesterdən olan iş adamı, "Air India" qəzasından yeganə sağ çıxan 40 yaşlı Vişvaş Kumar Rameş hələ də Hindistanda qalmağa davam edir və ailəsinin dediyinə görə, uçmaq qorxusu səbəbindən çətin evə qayıda bilsin. Rameş özünün 11A oturacağından dağıntılar altından xilas ola bilib, lakin döş qəfəsindən xəsarət alıb və üzündə kəsiklər olub. Onun arvadı Hiral ərinə dəstək olmaq üçün dörd yaşlı oğlu ilə Hindistana uçsa da, daha sonra Böyük Britaniyaya qayıdıb. Qadının sözlərinə görə, əri hələ də müalicə alır və konsultasiyalardan keçir. Rameşin qaynı qeyd edib ki, ailəsi onun Lesterə və ya Londona dönə biləcəyinə inanmır. "Düşünürəm ki, o, orada qalacaq, çünki o, yenidən təyyarəyə minməkdən çox qorxur", - deyə o bildirib.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT











