Quru sərhədlərlə bağlı YENİ XƏBƏR – Bu düzgün deyil

Çin və Şimali Koreya arasında son 6 ildə ilk dəfə mühüm addım atılıb. COVID-19 pandemiyası səbəbindən dayandırılan sərnişin reysləri bərpa edilib. Qatar xidmətlərinin yenidən işə düşməsi iki ölkə arasında nəqliyyat əlaqələrinin canlanmasına və normallaşma prosesinin sürətlənməsinə səbəb olub.
Bəs bu fonda Azərbaycan və Gürcüstan arasında quru sərhədlərinin açılması mümkündürmü?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Konkret.az-a açıqlama verən siyasətçi Cavanşir Abbaslı bildirib ki, Çin və Şimali Koreya arasında əldə olunan razılaşmanı Azərbaycan–Gürcüstan sərhədləri ilə müqayisə etmək düzgün deyil.
Onun sözlərinə görə, hazırda dünya tədricən çoxqütblü sistemə keçid edir və xüsusilə İran ətrafında baş verən hadisələr bu prosesi sürətləndirir:
“Bu gün dünya artıq birqütblü sistemdən uzaqlaşıb. Bir tərəfdə ABŞ və onun müttəfiqləri, digər tərəfdə isə Rusiya və ona yaxın ölkələr dayanıb. Çin və Şimali Koreyanın da Rusiyaya yaxınlığı məlumdur. Bu baxımdan, həmin ölkələr arasında sərnişin daşımalarının bərpası daha çox bu geosiyasi reallıqlardan qaynaqlanır. Şimali Koreya qapalı ölkədir və Çinlə belə bir razılaşmanın əldə olunmasını Azərbaycan və Gürcüstanla eyniləşdirmək olmaz”.
Siyasətçi qeyd edib ki, Gürcüstan Avropaya inteqrasiya istiqamətində irəliləyən dövlətdir və iki ölkə arasında quru sərhədlərinin açılması ümumilikdə müsbət addım olardı. Lakin regionda baş verən hadisələr, xüsusilə İran ətrafındakı gərginlik bu məsələnin gündəmdən geri çəkilməsinə səbəb olub.
“Hazırkı mərhələdə sərhədlərin bağlı qalması Azərbaycan üçün daha məqbul hesab olunur. Regionda təhlükəsizlik vəziyyəti sabitləşdikdən sonra quru sərhədlərinin açılması məsələsi yenidən gündəmə gələ bilər”, – deyə o vurğulayıb.
Cavanşir Abbaslı əlavə edib ki, İranla bağlı gərginlik başlamazdan əvvəl quru sərhədlərinin açılması üçün ciddi maneələr qalmamışdı. Lakin son proseslər Azərbaycan hökumətinin ehtiyatlı mövqeyini əsaslandırıb:
“Hazırkı şəraiti nəzərə alaraq demək olar ki, Azərbaycan hökuməti yaxın aylarda, hətta ilin sonuna qədər quru sərhədlərinin açılması ilə bağlı qərar verməyəcək. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh sazişi tam şəkildə imzalandıqdan sonra bu məsələyə yenidən baxıla bilər”.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












