“Rahat” marketdən “Ariel” yuyucu tozu aldı, içindən duz çıxdı – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Bakıda yerləşən marketlərin birindən “Ariel” markalı yuyucu toz alan vətəndaş məhsulun keyfiyyəti ilə bağlı ciddi narazılıq yaşayıb.
Avtosfer.az xəbər verir ki, vətəndaş “Rahat” marketdən alınan tozdan istifadə etdikdən sonra təmizləmə effektində fərqlilik hiss edib. Məhsula diqqətlə baxdıqda tərkibində duz olduğunu müəyyənləşdirib.
Vətəndaş məhsulun həqiqətən də yuyucu toz deyil, duz olduğunu dəqiqləşdirmək üçün bir miqdarını suya tökərək yoxlayıb. Aparılan sadə yoxlama nəticəsində məlum olub ki, qablaşdırmanın içində adi mətbəx duzu var.
O, məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım edərək istehlakçıları ehtiyatlı olmağa çağırıb. Vətəndaşın sözlərinə görə, bu kimi hallar təkcə maddi ziyan deyil, həm də istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır.
Hazırda həmin məhsulun hansı şəraitdə qablaşdırıldığı və orijinal olub-olmadığı ilə bağlı araşdırma aparılması zərurəti yaranıb. Sosial şəbəkələrdə videoya rəy bildirən istifadəçilər aidiyyəti qurumlardan məsələyə müdaxilə edilməsi və marketin məsuliyyət daşıyıb-daşımamasını aydınlaşdırmağı xahiş edib.
Fidan
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












