Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır

Qərbi Avropada həddindən artıq istilər dəmir yolu relslərinin əyilməsinə və asfaltın əriməsinə səbəb olub. Bu da qatarların gecikməsinə və ləğvinə, nəqliyyat infrastrukturunun pozulmasına və çay naviqasiyasının məhdudlaşdırılmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) sözçüsü Jan Rodrigez məlumat yayıb.
Onun sözlərinə görə, Qərbi Avropanı bürüyən şiddətli istilər iqlim risklərini, eləcə də onların nəqliyyat infrastrukturuna təsirini və nəticələrini açıq şəkildə nümayiş etdirib.
"Budur, bir neçə nümunə: bir çox ölkələrdə dəmir yolunun deformasiyası səbəbindən qatarların gecikməsi və ləğvi, sərhəd avadanlıqlarının nasazlığı, qatarların istismarında fasilələr, genişləndirilmiş relslərdə kinetik yükü azaltmaq üçün lazım olan sürətin azalması; kabellərin və siqnalizasiya avadanlıqlarının qırılması; asfaltın əriməsi və deformasiyası; şəhərlərdə tıxaclara səbəb olan svetoforların sıradan çıxması; çay naviqasiyasındakı tıxacların çaylarda nəqliyyatın hərəkətini ləngitməsi və bir çox başqa nümunələr", - deyə o, Cenevrədə keçirilən brifinqdə bildirib.
Rodrigez dərc edilmiş komissiya hesabatına istinad edərək bildirib ki, 2050-2080-ci illərdə Avropanın dəmir yolu şəbəkəsinin təxminən 90%-i getdikcə daha yüksək temperaturlara məruz qalacaq. Nəqliyyat infrastrukturu ildə əlavə 10-15 gün 25 dərəcədən yuxarı temperaturlara, bəzi bölgələr isə 200 günə qədər davam gətirməli olacaq.
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ













