Rəşad Nəbiyev: “Bu günədək Bakı-Tbilisi-Qars dəmir yolu ilə 1,3 milyon ton yük daşınıb”

“Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Bakı-Tbilisi-Qars dəmir yol xətti ilə artıq bu günə qədər 1,3 milyon ton həcmində yük daşınıb”.
Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında İstanbulda keçirilən XII Nəqliyyat və Kommunikasiya Şurasında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.
Nazir qeyd edib ki, yenilənən dünyanın tələbləri dəyişir: “Araşdırmalarımız göstərir ki, bu gün müştəriləri maraqlandıran başlıca məqamlardan biri istər Xəzər dənizi üzərindən, istərsə də, Azərbaycandan qatarlar üzərində daşımalarda müntəzəmliliyin təmin edilməsi, tariflərin rəqabətə davamlılığı, hər kəs üçün əlçatan olması, yəni şəffaflığın təmin edilməsidir".
Nazir vurğulayıb ki, digər əhəmiyyətli məqam zaman məsələsidir: "Burada həmkarlarımla administrativ əngəllərin bir anda aradan qaldırılması ilə bağlı müzakirələr apardıq və bunların hər biri müvafiq protokollarda öz əksini tapdı".
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












