Rəsmi Bakıdan Paşinyanın təklifinə - Münasibət

“Biz Ermənistan hökumətinin Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarını 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi üzrə öhdəliklərinin yerinə yetirilməsinin imitasiyası kimi qiymətləndiririk”.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev bildirib.
“Çünki birincisi, aparılmış monitorinqin nəticələrinə görə, bu nöqtələrdən çıxan yollar relyefə və iqlim şəraitinə görə ilin böyük hissəsində, kommunikasiyaların bərpa edilməsinin məqsədlərindən biri olan Naxçıvanla nəqliyyat əlaqəsi və beynəlxalq tranzit daşımaları üçün yararlı deyil.
Bundan əlavə, bir qayda olaraq, keçid məntəqələri tərəflərin razılığı ilə, qarşılıqlılıq əsasında açılır. Azərbaycanla isə bu məsələdə heç bir razılaşma olmayıb.
Odur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinə dair məlum bəyanatın 9-cu bəndinin şərtlərinin yerinə yetirilməməsinin əsas səbəbi, Ermənistan tərəfindən aparılmış monitorinqin tövsiyə etdiyi avtomobil yolunun optimal marşrutunu təqdim etməməsidir”, - Baş nazirin müavini qeyd edib.
O vurğulayıb ki, həmçinin beynəlxalq tranzit daşımaları üçün keçid rejimlərinin və paritet əsasda daxili daşımalar üçün sadələşdirilmiş keçid rejimlərinin razılaşdırılması mühüm əhəmiyyət kəsb edir: “Beləliklə, Ermənistan tərəfinin mövzu üzrə spekulyasiyası və imitasiyası 20 aylıq danışıqlar prosesinin mahiyyətini təhrif edir, onun ləngiməsinə və son nəticədə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə gətirib çıxarır”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












