Rəşt-Astara xətti nə vaxt açılacaq? - İran prezidentindən iddialı vəd

İran Prezidenti Məsud Pezeşkian "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin inkişafına maneə törədən bütün əngəllərin martın sonunadək aradan qaldırılacağına söz verib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu nəhəng layihə çərçivəsində Tehran və Moskva İran körfəzi limanlarına birbaşa tranzit keçidi təmin edəcək strateji əhəmiyyətə malik Rəşt-Astara dəmir yolu hissəsini birgə inşa edirlər. "İran və Rusiya arasındakı münasibətlər olduqca möhkəmdir. Tərəflər arasında çoxsaylı sazişlər imzalanır və uğurla icra olunur. Nəzərdə tutulan dəmir yolu marşrutunun tikilib istifadəyə verilməsi üçün ilin sonunadək (İran təqvimi üzrə ilin sonu 2026-cı il martın 20-nə təsadüf edir - red.) mövcud baryerləri tamamilə aradan qaldıracağıq", - deyə İran prezidenti bildirib.
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində 160 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin birgə tikintisinə dair razılaşma imzalayıblar. İran körfəzi limanlarına maneəsiz çıxışı təmin etməyi hədəfləyən bu layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Moskva və Tehran layihələndirmə, tikinti işləri, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcəklər.
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












