Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ

Ermənistanda siyasi proseslər fonunda sabiq prezident Robert Köçəryanın açıqlamaları diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəhbərlik etdiyi “Hayastan” blokunun baş nazirliyə namizədi kimi çıxış edib. Köçəryan martın 16-da keçirilən tədbirdə hər il 45 min yeni iş yeri yaradacağını vəd edib.

O, tərəfdarlarına müraciətində təhlükəsizliyin Ermənistan üçün əsas prioritet olaraq qalacağını vurğulayıb. Köçəryanın sözlərinə görə, buna nail olmaq üçün ölkənin döyüşə hazır orduya, güclü liderə və etibarlı müttəfiqə ehtiyacı var. Sabiq prezident eyni zamanda Azərbaycanla sülhə üstünlük verdiyini, lakin bunun üçün aydın təhlükəsizlik zəmanətlərinin vacib olduğunu qeyd edib. O əlavə edib ki, Ermənistanın xarici siyasəti proqnozlaşdırıla bilən və başa düşülən olmalıdır, böyük dövlətlər arasındakı ziddiyyətlərdən istifadə etmək yanaşması isə yanlışdır.
Elxan Şahinoğlu hesab edir ki, Köçəryanın “etibarlı müttəfiq” ifadəsi əslində Rusiyaya işarədir. Onun fikrincə, bu, Köçəryanın hakimiyyətə gələcəyi təqdirdə Ermənistanın yenidən Cənubi Qafqazda Rusiyanın təsir dairəsinə qayıda biləcəyi anlamına gəlir.
Şahinoğlu diqqətə çatdırıb ki, Köçəryanın çıxışında Qarabağ mövzusuna xüsusi yer verilməməsi təsadüfi deyil. Politoloqun sözlərinə görə, sabiq prezident seçkiqabağı ritorikasında bu mövzunu qabartmaqdan çəkinir, çünki belə bəyanatlar cəmiyyətdə yeni müharibə riskləri ilə bağlı narahatlıqları artıraraq seçici dəstəyinə mənfi təsir göstərə bilər.
Ekspert vurğulayıb ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi Qarabağla bağlı radikal tezislərin ölkəni yenidən qarşıdurmaya sürükləyə biləcəyini anlayır. Bu baxımdan, Köçəryanın daha ehtiyatlı mövqe sərgilədiyi bildirilir.
Elxan Şahinoğlu hesab edir ki, Köçəryanın mümkün hakimiyyətə qayıdışı regionda aparılan sülh quruculuğu prosesinə və mövcud kövrək sabitliyə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, belə bir ssenari bölgədə gərginliyin artmasına və Ermənistan üçün yeni risklərin yaranmasına səbəb ola bilər.
Eltac Züflüqaroğlu
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












