Rusiya casus gəmisi gələcək təxribatlar üçün Avropa sularında kəşfiyyat aparır - KİV

Hazırda Rusiya casus gəmisi gələcək təxribatlar üçün Avropa sularında kəşfiyyat aparır. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri mənbələrinə istinadən məlumat yayıb. Nəşr yazır ki, Böyük Britaniya və İrlandiya sahillərində “Yantar” adlı Rusiya kəşfiyyat gəmisi qeydə alınıb. Görünüşcə adi mülki gəmi kimi olsa da, əslində dərinlikdə işləyən qurğular və tammiqyaslı kəşfiyyat avadanlığı ilə təchiz olunub. Onun vəzifəsi internet, enerji təchizatı, hərbi rabitə və Avropadakı maliyyə əməliyyatlarının asılı olduğu sualtı kabel və boru kəmərlərinin xəritəsini çıxarmaq və lazım olduqdaonları zərərsizləşdirməkdir.
Qeyd edilir ki, “Yantar” dəfələrlə strateji nöqtələrdə—İrlandiya dənizində, Norveç sahillərində və Şpitsbergen arxipelaqında görünüb. Böyük Britaniya müdafiə naziri bunu “Rusiyanın artan aqressiyasının” nümunəsi kimi qiymətləndirib. “Financial Times”ın məlumatına görə, 2023-cü ilin payızından 2024-cü ilin sonunadək həm “Yantar”, həm də digər on Rusiya gəmisi Böyük Britaniya və İrlandiya sularında davamlı olaraq üzüb. Dəniz təhlükəsizliyi üzrə ekspert Kaushal bildirir ki, bu əməliyyatların arxasında Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsi dayanır. Rəsmi adı neytral səslənsə də, əslində sualtı casusluq və təxribatlara cavabdehdir. Ekspertlər xəbərdarlıq edir ki, Moskvanın məqsədi sualtı kabellərin dəqiq xəritəsini hazırlamaqdır ki, gərginlik yarandıqda Rusiya Avropanın enerji təchizatını, rabitəsini və maliyyə sistemlərini pozmaq imkanına malik olsun.
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










