Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI

İrandakı iğtişaşlar və iqtisadi böhranla bağlı qismi sabitlik olduğu üçün dünyanın gündəmi yenidən Rusiya-Ukrayna müharibəsinə köklənib. Ukrayn və Rusiya arasında enerji atəşkəsinin elan olunması ilə bağlı xəbərlər yayılır. Rəsmi açıqlama olmasa da, qeyri-rəsmi mənbələr tərəfindən Ukrayna əsgərlərinin də Rusiyanın enerji strukturuna zərbələr endirmədiyi iddia edilib. Bu məqamda beynəlxalq ictimaiyyəti maraqlandıran bir sıra suallar var: 20 gün sonra 4 ili tamamlanan müharibənin bu il yekunlaşması mümkündürmü? Ukraynanın hələ də sülhlə bağlı narazı qaldığı və qəbul etmədiyi hansı məqamlar var? Qərb Ukraynanı Gürcüstan kimi yalnız buraxacaq? Məlum məsələ, Gürcüstanın da ərazisində 2 muxtar dövlət yaradıldı, indi də Ukraynada bu baş verəcəkmi?
Mövzu ilə əlaqədar politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Ukrayna və Rusiya arasında əldə olunan razılaşma sülhə gedən yolda çox böyük bir adımdır:

“İki tərəfin enerji infrastrukturlarına zərbi indirməməkdən bağlı əldə etdiyi razılaşma şübhəsiz ki, mühüm əhəmiyyət kəsb edir. Bu həm Ukrayna və Rusiyanın enerji resurslarının qorunması baxımından əhəmiyyətlidir, həm də artıq hər iki tərəfin resursları tükədildiyini göstərir. Yəni, istər Rusiyada, istərsə də Ukraynada artıq ciddi resurs itkisi var. Qış artıq sərtləşdikcə enerji məsələlərində də ciddi problem yaranır. Bu hər iki tərəf üçün ən böyük ağrılı-acılı problemdir. Ona görə də ilk olaraq razılığa bundan başladılar. İkinci mühüm məsələ isə, sülhə gedən yolda və razılaşma məsələlərində mühüm əhəmiyyət kəsb edir. Bu yoldan çıxaraq gələcəkdə iki ölkə arasında razılaşma əldə edilə bilər. Ancaq ölkələrin razı olmadığı məsələlər var. Məsələn, Rusiya tərəfi Ukraynanın hələ də Donbas bölgəsindən tamamilə çıxarılmasında təkid edir və bildirir ki, Ukrayna tamamilə Donbası tərk etdikdən sonra atəşkəs barəsində danışmaq olar.
Ancaq Ukrayna tərəfi də heç bir ərazi güzəştinəə getmək istəmir və həmin torpaqların özünə məxsus olduğunu bildirir. Məsələn, Ukrayna tərəfi münaqişənin indiki vəziyyətdə dondurulmasına razılaşıb və Donbas bölgəsindən tamamilə çəkilməyi qəbul etmək istəmir. Ola bilər ki, gələcəkdə tərəflər məsələlərlə bağlı razılıq əldə etsinlər. Yəni, ABŞ-nin məsələlərlə bağlı səyləri var və əldə ondan ilk razılaşma müəyyən qədər ümidlər yaradır. Ancaq bunun üçün düşünürəm ki, ölkələr arasında sıx dialoqun olması vacib deyil. ABŞ Prezidenti Donald Tramp hazırda liderlərin görüşünə çalışır, yəni Putin və Zelenski arasında ikitərəfli görüşün keçirilməsinə cəhd göstərir. Buradan belə bir nəticəyə gəlmək olar ki, əgər Moskva və Kiyev arasında dialoq bərpa olunarsa, müəyyən razılaşmalar və gələcəkdə sülh əldə oluna bilər.
Ancaq indiki mərhələdə atəşkəsin əldə olunması mümkündür, yəni müharibənin dayandırılması məsələsi baş verə bilər. Donbas bölgəsində ya Ukrayna qoşunları tamamilə çəkiləcək ki, Rusiyanın dondurmuş aktivlərinin qarşılığında bu baş tuta bilər, ya da münaqişə indiki halda dondurulacaq. Qaldı ki, Qərbin Ukraynanı tərk etməsi, bu, çox da inandırıcı deyil. Çünki müharibənin hələ aktiv fazası davam edir. Əgər müharibənin aktiv fazası dayandırılarsa, onu düşünə bilərik ki, Qərb yavaş-yavaş Ukraynanı meydanda tək qoya bilər. Ancaq aktiv faza davam etdikcə, Qərb dəstək verməyə məcbur olacaq”.
Səfər
Ramazan ayının on dördüncü gününün duası - İmsak və iftar vaxtı
Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO
ABŞ-İsrail qüvvələrinin İrana hücumu qızılın qiymətini artıracaq - EKSPERT
Yol polisi magistral yoldakı radara aydınlıq gətirdi - VİDEO
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - CƏDVƏL
Polad Həşimovun avtomobilinin görüntüləri yayıldı – İzləyiciləri duyğulandırıb - VİDEO
Xıdırlıda drenaj sistemi düzgün qurulmayıb, ev su altında qalır – ŞİKAYƏT - VİDEO
Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - SİYAHI
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO











