Rusiyada azərbaycanlılara qarşı etiraz aksiyası - "Şəhəri tərk edin!" - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində tikinti işləri ətrafında yaranan gərginlik yerli sakinlərlə miqrantlar arasında qarşıdurmaya səbəb olub.
Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, hadisə zamanı aqressiv və ksenofob məzmunlu şüarlar səsləndirilib. Etirazçılar arasında “Piter Bakı deyil, şəhəri tərk edin” kimi çağırışların eşidildiyi bildirilir. Məlumata görə, aksiyada iştirak edənlər miqrantların çalışdığı tikinti şirkətlərini qanunla qorunan tarixi binaların sökülməsində ittiham ediblər. Onların iddiasına əsasən, bir neçə yaşayış evi dağıdıldıqdan sonra vəziyyət nəzarətdən çıxaraq açıq qarşıdurmaya çevrilib. “Bumaga” nəşrinin məlumatına görə, hadisə zamanı binanı müdafiə edən fəallardan birinin sözlərinə istinadən təxminən 19 nəfər saxlanılıb. Jurnalistlərin dəqiqləşdirdiyinə görə, onlardan 12 nəfər polis bölməsinə aparılıb. Saxlanılanlar arasında dörd nəfərin millətçi radikal qruplaşma (nasbol) üzvü olduğu qeyd olunur.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












