Rusiyada Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bildirilir ki, sözügedən restoran Voronej şəhərində arxeoloji irs hesab olunan ərazidə tikilib. Bələdiyyə nümayəndələri belə bir zonada tikinti üçün xüsusi icazənin tələb olunduğunu qeyd ediblər. Onların məlumatına görə, müvafiq sənədlər yalnız əvvəllər ərazidə yerləşən və sahəsi təxminən 400 kv. m olan yaşayış evi üçün mövcud olub.

Məhkəmə sənədlərinə görə, Y.Xəlilov satın aldığı ərazidə yerləşən həmin evi sökərək qanunsuz olaraq ümumi sahəsi təxminən 1700 kv. m olan restoran tikib.
Qərardan bir ay ərzində şikayət verilə biləcəyi bildirilir.
Xatırladaq ki, Yusif Xəlilov ötən ilin avqust ayında həbs edilmişdi. O, oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl (7153 manat) verməkdə ittiham edilirdi. Daha sonra Xəlilov azadlığa buraxılıb və ailəsi ilə birlikdə Bakıya gəlib.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












