Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Mayın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO










