ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

Son illərdə Bakı-Sumqayıt yolunda müşahidə olunan tıxaclar sürücülər və sərnişinlər üçün ən aktual problemlərdən birinə çevrilib.
Avtosfer.az xəbər verir ki, səhər və axşam pik saatlarda minlərlə insanın işə və evə qayıtmaq üçün istifadə etdiyi bu magistralda hərəkət bəzən saatlarla uzanır.
Yük maşınlarının intensivliyi, Xırdalan və “20 Yanvar” dairələrində yaranan sıxlıq, həmçinin alternativ yol şəbəkəsinin məhdudluğu vəziyyəti daha da çətinləşdirir. Məhz bu səbəbdən Bakı şəhərinin Baş planı 2040-da yol-nəqliyyat infrastrukturuna dair mühüm dəyişikliklər nəzərdə tutulub.
Sözügedən plana əsasən, “Bakı-Sumqayıt” şosesində nəqliyyat axınını tənzimləmək və uzunmüddətli sıxlığın qarşısını almaq məqsədilə strateji əhəmiyyət daşıyan 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Layihə icra olunduqdan sonra həm paytaxt istiqamətinə daxilolma sürətlənəcək, həm də Xırdalan və “20 Yanvar” dairələrindəki yüklənmə əhəmiyyətli dərəcədə azalacaq.
Bu, yalnız sürücülər üçün vaxt qənaəti yaratmaqla kifayətlənməyəcək, eyni zamanda ekoloji yükün azaldılmasına, şəhərdaxili yollarda təhlükəsizliyin və rahatlığın artırılmasına da xidmət edəcək. Bəs bu layihə Bakı-Sumqayıt yolunun üzərində yerləşən şəhər və qəsəbələrdə yaşayan sakinlərə necə təsir edəcək?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu layihədə yarımdairəvi yollar tikilməsi nəzərdə tutulub və onlardan birində işlər artıq başlayıb:
“Bu, Pirşağı-Xırdalan M1-M4 yoludur. Xırdalanın şimalından yaranan yeni bir çıxış imkanıdır. Həm Şamaxı, həm Sumqayıt, həm də Xırdalan-Masazır istiqamətindən hava limanına gediş üçün yeni bir imkandır. Ondan başqa Baş planda nəzərdə tutulan Biləcəri-Binəqədi-Romanı yoludur. Bu, yarımdairəvi sürətli yoldur. Mən düşünürəm ki, bu çox vacib bir layihədir, çünki şəhərə daxil olmadan sürətli əlaqəni təmin edəcək.
Həmçinin Biləcəridən “Baksol” yoluna çıxıb Dərnəgül-“Koroğlu” istiqamətində əlaqələndirilən yoldur. Bu da şəhərdaxili trafikin parçalanmasına, Dərnəgül və “20 Yanvar”dakı sıxlığa birbaşa təsir edən layihələrdir.
Ümumi olaraq şəhərin yarımdairəvi sürətli yolu tamamlanmalıdır. Hansı ki, 2008-2009-cu illərdə müxtəlif layihələr icra olundu. Bunlar dairəvi-1 Lökbatan-Biləcəri, dairəvi-3 Zığ dairəsi –haval imanı və “Koroğlu”-hava limanı istiqamətləridir. Amma onları əlaqələndirən Biləcər-Binəqədi-Ramana yolunun tikilməməsi səbəbindən hazırda Ziya Bünyadov prospektinə yük düşür və “20 Yanvar”da xaotik vəziyyət hökm sürür.
Xırdalan şəhəri, Masazır və digər qəsəbələr qeyd olunan layihələrlə alternativ çıxış imkanı əldə edəcək. Həmçinin 2027-ci ilə kimi elan olunmuşdu ki, Azadlıq prospektinin davamı olaraq üzü Sumqayıt istiqamətinə də yolun tikintisi planlaşdırılır”.(konkret.az)
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı










