Salyanda 14 yaşlı qız nişanlandı, DİN məsələni nəzarətə götürdü

Sosial şəbəkələrdə 14 yaşına çatmayan qızın nişan mərasimin keçirilməsi və erkən nikaha sövq edilməsi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, hadisə Salyanın Şorsulu kəndində baş verib. İddia ounub ki, azyaşlı evləndirilmək məqsədilə təhsildən uzaqlaşdırılıb. Ona nişan mərasimi keçirilib, gələn ilin əvvəllərinə isə toy planlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ barədə açıqlama verib.
O bildirib ki, azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddialar DİN-in nəzarətinə götürülüb:
“Salyan RPŞ tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb. Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH












