Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib - AYNA

569 nömrəli şəhərətrafı, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Gəncə, Gəncə-Qazax, Qazax-Gəncə və Şabran-Siyəzən şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, 569 nömrəli şəhərətrafı (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs "Çinar-Trans" MMC, Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutları üzrə hüquqi şəxs "Xoşqədəmli" MMC, Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, Gəncə-Qazax marşrutları üzrə fiziki şəxslər Cəfərov Samir Vaqif oğlu və Əsgərov Taleh Qafar oğlu, Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Nağıyev Araz Hüseyn oğlu və Cəfərov Samir Vaqif oğlu, Şabran-Siyəzən marşrutu üzrə fiziki şəxs Ələsgərov Afiq Ağası oğlu qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












