Şəhid polisin ailəsi ziyarət olunub - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Polis günü münasibətilə 1-ci Qarabağ müharibəsində şəhid olan Arzu Əliyevin ailəsini ziyarət ediblər.
Avtosfer.az xəbər verir ki, ziyarət zamanı şəhidimizin şücaəti və mərdliyi xatırlanıb, A.Əliyev kimi qəhrəman oğullarımızın heç vaxt unudulmayacağı və daim yaddaşlarda yaşayacağı qeyd olunub.
Qeyd edək ki, Arzu Əliyev 1963-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 1980-ci ildə həmin kəndin orta məktəbini bitirib, Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb. Əvvəlcə Sumqayıtda, sonra Şəkidə xidmət edib. 1990-cı ilin dekabrında Şəki daxili işlər şöbəsinin bir qrup əməkdaşı ilə birlikdə düşmən hücumunun qarşısının alınması məqsədilə döyüşlərə qatılıb. Torpaqlarımızın müdafiəsi uğrunda igidlik nümayiş etdirən A.Əliyev qəhrəmancasına şəhid olub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












