Səkiləri zəbt edən yol nişanları: Qurumlar gözləməyi tövsiyə edir - FOTO

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində səkilərin yararsız olması və yol nişanlarının səkiləri zəbt etməsi sakinlərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən sakin bildirib ki, qəsəbənin səkiləri onsuz da piyadalar üçün əlverişli deyil, üstəlik, yol nişanlarını da elə quraşdırıblar ki, dayaqları onsuz da dar olan səkini keçilməz edir.

"Söhbət Zabrat dairəsi deyilən ərazidən gedir. Hərəkətin ən intensiv olduğu bir yerdə səki ilə getmək mümkün deyil. Məcbur maşın yoluna çıxmaq məcburiyyətində qalırsan. Hər hansı bir bədbəxt hadisə baş versə, heç bir qurum məsuliyyəti öz üzərinə götürməyəcək. Hərçənd uzun müddətdir ki, qəsəbədə səkilər bu vəziyyətdədir".

Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) Oxu.az-a bildirilib ki, Zabrat qəsəbəsinin Babək küçəsində yolun səki hissəsinin təmiri və səki üzərində quraşdırılmış məlumatlandırma lövhəsinin götürülməsi və rayon ərazisində təmirə ehtiyacı olan səkilər haqqında hazırlanmış məlumat aidiyyəti üzrə göndərilib:
"Eyni zamanda, məlumatlandırma lövhəsinin götürülməsi ilə bağlı RİH tərəfindən müvafiq olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məktubla müraciət olunacaq".
AYNA-dan isə vurğulanıb ki, agentlik tərəfindən müxtəlif ərazilərdə və yollarda monitorinqlər aparılır və miras qalan bütün məsələlər mərhələli qaydada həll edilir:
"Monitorinqlər nəticəsində mövcud çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılır. Sözügedən ərazi ilə bağlı da layihə hazırlanır. Layihə çərçivəsində uyğunsuzluq aradan qaldırılacaq".
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT











