Sentyabrda Kurık–Ələt–Kurık marşrutu ilə müntəzəm bərə reysləri həyata keçiriləcək

Bu ilin sentyabrından etibarən Kurık-Ələt-Kurık marşrutu ilə müntəzəm bərə reysləri həyata keçiriləcək. Avtosfer.az-ın məlumatına görə, bu barədə “Report” "Qazaxıstan Dəmir Yolları" qəzetinə istinadən məlumat verir.
Qeyd olunur ki, Qazaxıstanın Manqistau vilayətinin hakimi Nurdaulet Kilıbay “Georgian Industrial Group”un Direktorlar Şurasının sədri David Bejuaşvili ilə Xəzər dənizində bərə daşımalarının inkişafına yönəlmiş investisiya layihəsini müzakirə edib. Görüş zamanı qeyd edilib ki, 2025-ci ilin sentyabrından etibarən yeni bərələr Qazaxıstanın “MSC Middle Corridor Maritime” şirkətinin idarəçiliyinə veriləcək və ilk dəfə olaraq Kurık-Ələt-Kurık marşrutu ilə Qazaxıstan bayrağı altında müntəzəm reyslərin həyata keçirilməsinə başlanacaq. Kurık-Ələt-Kurık marşrutu ilə ayda səkkiz-doqquz reysin həyata keçirilməsi nəzərdə tutulur. Bir gəminin tutumu 54 yük maşınıdır. "Bu cür hərəkət intensivliyi Xəzər istiqamətində buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və Qazaxıstan ilə Azərbaycan arasında etibarlı logistika körpüsü yaradacaq, hər iki ölkənin ixracatçıları və idxalçıları üçün yeni imkanlar açacaq. Bundan əlavə, digər bərə operatorları ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparılır. Bu cür iddialı layihələrin həyata keçirilməsi Qazaxıstana Çini Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə və transkontinental daşımaların inkişafında əsas oyunçuya çevrilməyə imkan verəcək", - məlumatda qeyd olunur.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












