Sərnişindaşıma şirkətlərindən HARAY: "Yanacağa görə həddindən artıq borclanmışıq, işləyə bilmirik"

Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətləri dizel yanacağının qiymətinin yanvar ayının əvvəlində 33 faiz bahalaşmasından sonra dövlət tərəfindən vəd edilən kompensasiyanı hələ də ala bilmir. Daşıyıcı şirkətlər bununla bağlı aidiyəti dövlət qurumlarına dəfələrlə müraciət etsə də, onlara heç bir konkret cavab verilməyib. Geridə qalan müddətdə pandemiyanın sahibkarlara vurduğu ağır zərbə ilə yanaşı yanacağın da qiymətinin kəskin azalması bu şirkətləri çıxılmaz vəziyyətdə qoyub. Şirkətlərdən bəziləri yanacaqla bağlı külli miqdarda borclarının yarandığını, fəaliyyətlərinin risk altında olduğunu, böyük məbləğdə borca görə məhkəməyə verildiklərini bildiriblər.
Bakıda sərnişindaşımanın 70 faizindən çox hissəsini təmin edən bu şikətlər belə vəziyyət bir müddət də davam edərsə, avtobusları xəttə çıxarmaqla bağlı ciddi problemlərlə qarşılaşacaqlarını bildiriblər. Şirkətlər məsələ ilə bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarova da müraciət edib. 20-yə yaxın şirkətin birgə müraciətində deyilir:
“Koronavirus (COVİD-19) pandemiyası Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və ölkədə sahibkarlıq subyektlərinə ciddi mənfi təsirlər göstərmişdir, pandemiya şəraitində karantin rejiminin tətbiqi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında əhəmiyyətli azalmalara səbəb olmuşdur. Nəticə olaraq, pandemiya nəticəsində həyati vacib sərnişindaşıma sahəsində fəaliyyət göstərən bütün şirkətlərin iqtisadi fəaliyyəti ciddi mənfi təsirlərə məruz qalmışdır.
Tarif (Qiymət) Şurasınında məlum qərarı əsasında dizel yanacağının qiymətinin 33% artımı isə sərnişindaşıma ilə məşğul olan şirkətlərin iqtisadi vəziyyətinin dahada pisləşməsinə səbəb olmuşdur.
Tarif (Qiymət) Şurasının qiymət artımı ilə bağlı açıqlamasında dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün kompensasiyanın (subsidiyanın) ödənilməsi və verilməsi mexanizminin cari ilin yanvar ayının sonunadək açıqlanacağı bildirilmişdir. Buna müvafiq olaraq, dizel yanacağına görə subsidiyanın verilməsi üçün tələb olunan müvafiq hesabtlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur.
Lakin müvafiq hesabatların təqdim edilməsinə baxmayaraq, bu günədək hər hansı bir daşıyıcıya subsidiya ödənişi həyata keçirilməmişdir.
Sizə müraciət edərək bildiririk ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən 2200-dən artıq avtobusun 70%-ə qədəri dizel yanacağı ilə çalışır. Göstərilənləri və dizel yanacağının qiymətinin artımının minlərlə işçi qüvvəsini özündə birləşdirən, müntəzəm sərnişindaşıma sahəsində fəaliyyət göstərən şirkətlərin vəziyyətinin ağırlaşmasına səbəb olduğunu nəzərə almaqla, qiymət artımının mənfi təsirlərinin neytrallaşdırılması üçün müvafiq qaydada subsidiyanın ödənilməsinin təmin etməyinizi Sizdən xahiş edirik”.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










