"Sərnişinlər dəyişiklikləri gündəlik həyatlarında mütləq hiss edəcəklər" - Rəhman Hümmətov

Azərbaycanda ictimai nəqliyyatda həyata keçirilən dəyişiklikləri sərnişinlər gündəlik həyatlarında mütləq hiss edəcəklər.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"İctimai nəqliyyat xidmətləri daha cəlbedici olacaq – avtobusların təmiz, səliqəli saxlanılması və hərəkət cədvəlinə ciddi riayət edilməsi daha çox insanın ictimai nəqliyyata cəlb olunmasına kömək edəcək, şəxsi avtomobillə səfərlərin sayının azalmasına və yolların yükünün azalmasına səbəb olacaq", - deyə o qeyd edib.
Nazir müavininin sözlərinə görə, islahatlar həm də yol hərəkətinin təhlükəsizliyini yüksəldəcək: "Çünki sürücülərin iş və istirahət şəraiti əmək qanunvericiliyinin tələblərinə uyğun təmin olunacaq, nəqliyyat vasitələrinə yüksək keyfiyyətli texniki qulluq üçün şərait yaradılacaq, yol hərəkətinin təhlükəsizliyinə təhlükə yaradan amillər minimuma endiriləcək ki, bu da yol-nəqliyyat hadisələrinin sayını xeyli azaltmağa imkan verəcək".
"Ətraf mühitə mənfi təsirin azalmasını da unutmaq olmaz, çünki dayanıqlı maliyyələşdirmə mexanizmi ekoloji cəhətdən təmiz avtobusların alınması hesabına parkın daim yenilənməsinə şərait yaratmaqla ətraf mühitin mühafizəsinin daha səmərəli təmin olunmasına kömək edəcək", - deyə R.Hümmətov əlavə edib.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












