Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları AYRILDI

Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib. Belə ki, Şura ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə qərar verib. Qərara əsasən, aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılıb:
- Xocavənd rayonu ərazisində yerləşən “Şahyeri” RTYS-dan 47-ci TV yayım kanalı (maksimal şüalanma gücü 40 dBVt olmaqla);
- Zəngilan rayonu ərazisində yerləşən “Mincivan” avtomatik RTYS-dan 43-cü TV yayım kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
- Qubadlı rayonu ərazisində yerləşən “Xanlıq” avtomatik RTYS-dan 26-cı TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
- Qubadlı rayonu ərazisində yerləşən “Balasoltanlı” RTYS-dan 43-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
- Kəlbəcər rayonu ərazisində yerləşən “Kəlbəcər” avtomatik RTYS-dan 23-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla).
Qərara əsasən, siyahıda qeyd olunan radio-televiziya yayım stansiyalarından ayrılmış TV yayım kanallarından yayım həyata keçirəcək ümumölkə və regional (Şərqi Zəngəzur və Qarabağ bölgələri üzrə) yerüstü televiziya yayımçıları həmin radiotezliklərdən istifadə üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio”) ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat verməlidirlər.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












