Şeyxin deputat qardaşından səhvlərlə dolu yeni “Facebook” statusu - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə yenidən “Facebook” hesabındakı paylaşımında kobud orfoqrafik səhvlərə yol verib.
Avtosfer.az-ın məlumatına görə, Cavanşir Paşazadə paylaşımında “Millət vəkili” sözünü “Millət Vəkili”, “müraciətlərin” sözünü “müraciyyətlərin”, “torpaqlarımızın” əvəzinə “torpağlarımızın” kimi qeyd edib.
Bu səhvləri ilə deputat ümumiyyətlə Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib.
Deputatın paylaşımı yenidən sosial mediada geniş müzakirələrə səbəb olub. Cavanşir Paşazadə daha sonra paylaşımını silib.
Qeyd edək ki, bir neçə gün əvvəl də deputat cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi”, “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd etmişdi.
O, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.
Oxu.Az
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA












