Siqaret çəkənləri hansı cərimələr gözləyir? - MƏBLƏĞLƏR

Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin qarşısının alınması, ətraf mühitin mühafizəsi və vətəndaşların sağlamlığının qorunması məqsədilə nəzarət tədbirləri gücləndirilib. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunması, həmçinin maarifləndirmə işlərinin aparılması hüquq-mühafizə orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılır:
"Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə mütəmadi olaraq monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, bütövlükdə isə əhali arasında geniş izahat işləri aparılır.
Qeyd edək ki, qanunla qadağan edilmiş yerlərdə tütün məmulatlarından istifadə edən, tullantılarını ətraf mühitə atan, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satan şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Bir daha hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, qanunvericiliyin tələblərinə riayət etməyə çağırırıq".
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün məmulatlarının istifadəsinə dair məhdudiyyətlərin pozulmasına görə bir sıra inzibati cərimələr nəzərdə tutulub. Qanunla qadağan edilmiş yerlərdə tütün çəkilməsinə görə 30 manat, siqaret kötüyü və digər tütün tullantılarının ətraf mühitə atılmasına görə 300 manat cərimə tətbiq edilir. Həmin xətanın bir il ərzində təkrar törədilməsi isə 700 manat cərimə və ya 60–100 saat ictimai işlə nəticələnə bilər. Eyni zamanda, müəssisə və təşkilatlarda tütün çəkmək üçün xüsusi yerlərin düzgün təşkil olunmamasına görə vəzifəli şəxslər 400–500 manat, hüquqi şəxslər isə 1 000–1 200 manat məbləğində cərimə olunur.
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA










