Siyəzəndə ukraynalıların avtobusu qəzaya düşdü - ŞOK FOTOLAR

Bakı-Quba-Rusiya Federasiyası Dövlət Sərhədi yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə yolun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini İlham Məmmədovun idarə etdiyi “Toyota-Prado” markalı minik maşını ilə Ukrayna dövlət qeydiyyatlı mikroavtobus toqquşub. Qəza nəticəsində Ukrayna vətəndaşları - 1989-cu il təvəllüdlü Aleksandr Pinçuk, 20 yaşlı İqor Paseyka, 1968-ci il təvəllüdlü Genadi Danyuk, 26 yaşlı Svetlana Anatoliyevna Drazyuk, həmyaşıdı Victoriya Sergeyevna Stepanyuk, 1954-cü il təvəllüdlü Stepanyuk Sergey Lukaşoviç, 31 yaşlı Aleksandr Nikaloyeviç Rossoxin və Bakı şəhər sakinləri - 1977-ci il təvəllüdlü Məmmədova Gülnarə Vəli qızı, 55 yaşlı Kazımov Sahib Zöhrab oğlu, 29 yaşlı Kərimova Lalə Sahib qızı və 1968-ci il təvəllüdlü Kazımova Məlahət Fərhad qızı xəsarət alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Qəzada “Toyota-Prado”nun sürücüsünün azyaşlı qızı - 2010-cu il təvəllüdlü Əminə Məmmədova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO















