Söküləcək mülklərin qiymətləndirilməsi necə aparılmalıdır?

Söküntüsünə qərar verilən binaların və mənzillərin qiymətləndirilməsi prosesinin hüquqi prosedurları açıqlanıb. Avtosfer.az-ın məlumatına görə, hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, əgər mənzillər, yaxud da binalar dövlət ehtiyacları üçün alınırsa, bu zaman dövlət ərazinin hər kvadrat metri üçün müəyyən təkliflər verir:
"Deyir ki, filan ərazidə mənzilin, yaxud binanın bir kvadrat metrinin qiyməti budur. Vətəndaş razı deyilsə, məhkəməyə verə bilər. Məhkəmə prosesə kənar və eyni zamanda özəl qiymətləndiriciləri cəlb edir. Onlar həmin ərazidə bina, yaxud mənzilin 1 kvadrat metrinin qiymətini təyin edir. Azərbaycanda qiymətlər fərqlidir. Hər bir qiymətləndirici özünün qiymətini təyin edir".

Əkrəm Həsənov Azərbaycanda bu sahədə özbaşınalıqların hökm sürdüyün vurğulayıb:
"Qiymətləndiricilərin verdiyi qiymətə görə də məhkəmə sonda qərar verir. Bəzən görürsən ki, bir mənzilə dair bir neçə qiymətləndirici rəy verib. Məhkəmə də onların arasından birini seçir. Dövlətin aldığı mənzillərə qiymətləndiricilər yüksək qiymət qoymağa qorxurlar. Çünki sonra dövlət orqanları ilə üz-üzə gəlmək də var".
Əkrəm Həsənov özəl sektorda vəziyyətin fərqli olduğunu qeyd edib:
"Özəl tikinti şirkətlərində isə qiymətləndirici fərqlidir. Hansısa tikinti şirkəti Bakı şəhər İcra Hakimiyyətindən hansısa yolla sənəd alır ki, filan yerdə binanın altındakı torpaq onun istifadəsinə verilir. Sonra sakinlərlə razılığa gəlib, onları çıxardır. Onlara deyir ki, tikdiyi binada onları mənzillə təmin etməlidir. Müqavilə bağlayır, vəssalam. Belə halda qiymətləndirici cəlb olunmur. Razılaşanlar çıxır, razı olmayanları da məhkəmə yoluyla zorla evindən çıxarırlar".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












