Son günlərin yağıntıları torpaq sürüşmələrini aktivləşdirə bilər?

Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunmur.
Bunu açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Onun sözlərinə görə, son günlər intensiv yağan yağıntılar hələ sürüşmə zonalarında aktivliyə səbəb ola bilməz:
"Çünki bütün geloji kəsiliş boyu islanma hadisəsi baş verməyib. Geodinamik vəziyyət həm də süxurların mövcud vəziyyəti aktivləşmək üçün əsas vermir. Atmosfer çöküntülərinin miqdarı hələ yetərincə deyil ki, bu sürüşmə prosesləri anomal aktivləşsin".
Xidmət rəisi deyib ki, operativ müşahidələr bu gün əsasən Lerik, Astara, Lənkəran və Yardımlı rayonları üzrə həyata keçirilir. Xüsusilə, Lerik rayonu ərazisində lokal sürüşmə elementlərinə rast gəlinir. Bunun da əsas səbəbi Lerikdə atmosfer çöküntülərinin çox olmasıdır. Qeydə alınan faktlar əsasən sürüşmə-çökmə prosesləridir. Böyükhəcmli proseslər hələ ki, baş verməyib.
"Bakının Bayıl qəsəbəsində aparılan müşahidlərə əsasən, deyə bilərəm ki, həmin ərazidə heç bir dəyişiklik və gərginlik müşahidə olunmur", - deyə Xidmət rəisi qeyd edib.
28 marşrutun hərəkət sxemi dəyişdirilir - Sərnişinlərin diqqətinə!
Bu küçədə taksi duracağı ilə bağlı dəyişiklik edildi - FOTO
ADY-nin mobil tətbiqindən istifadə edənlərin sayı 400 mini keçib - RƏSMİ
“Bakı-Tbilisi-Qars” xəttinin yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb - ADY sədri
Abşeron dairəvi dəmir yolunda yeni marşrutlar açılacaq - RƏSMİ
Yük sahibləri dəmiryol ofisinə getmədən xidmətlərdən istifadə bilərlər – ADY sədri
Ağacların budanması üçün 4 ay əvvəl müraciət edib; növbə gəlib çatmayıb - ŞİKAYƏT
Azərbaycanda benzinin qiyməti bu qədər artacaq
Bu yollarda sıxlıq var - SİYAHI
Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - VÜSAL ASLANOV - FOTOLAR
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA








