Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA

Azəbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti su obyektlərindən istifadəyə dair mühüm qaydaları açıqlayıb.
Avtosfer.az xəbər verir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq” məlumatının yayılmasından sonra vətəndaşlar tərəfindən çoxsaylı suallar ünvanlanıb.
Mövzu ilə bağlı Azəbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Avtosfer.az-a açıqlamasında bildirib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq suyun götürülməsi, tullantı sularının su obyektlərinə axıdılması və ya su akvatoriyasından istifadə nəzərdə tutulur:

"Bu fəaliyyətlər xüsusi texniki qurğu və avadanlıqlar vasitəsilə həyata keçirilir. Belə qurğulara hidrotexniki qurğular, kanallar, borular, novlar, nasoslar, artezian və subartezian quyuları, kəhrizlər, həmçinin sudaşıyan avtomobillər daxildir. Xüsusi məqsədlər üçün istifadə ilə bağlı icazə yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunur. Su obyektlərindən ümumi istifadə isə hər bir vətəndaşın hüququdur. Vətəndaşlar çimərlikdən istifadə etmək, qayıqla gəzmək, idmanla məşğul olmaq, həvəskar balıq ovu aparmaq, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək məqsədilə su obyektlərindən ödənişsiz istifadə edə bilərlər. Həmçinin torpaq sahibləri mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə öz ehtiyaclarını təmin etmək üçün torpaq sahələrinin hüdudlarında birinci təzyiqsiz sulu horizontdan istifadə məqsədilə quyu qaza və həmin quyudan istifadə edə bilərlər".
Qurum bildirib ki, vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çaylardan və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün hər hansı icazə almasına və ödəniş etməsinə ehtiyac yoxdur:
“Xidmət tərəfindən tullantı sularının axıdılması qaydalarına da aydınlıq gətirilib. Sahibkarlar yalnız tərkibindəki çirkləndirici maddələrin miqdarı qanunvericiliklə müəyyən edilmiş normativlərə uyğun olan tullantı sularını su obyektlərinə axıda bilərlər. Normativlərə uyğun olmayan tullantı suları isə əvvəlcədən xüsusi təmizləyici qurğular vasitəsilə təmizlənməlidir. Tullantı sularının su obyektlərinə axıdılması üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tullantı sularının həcmi, axıdılma nöqtəsinin koordinatları, istifadə olunan təmizləyici qurğular və digər tələb olunan sənədlərlə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edərək müvafiq icazə almalıdırla”.
Məlumatda o da qeyd olunub ki, Xəzər dənizində kiçik həcmli gəmilərin saxlanılması üçün su akvatoriyasından istifadə edənlər, çaylarda qəfəs balıqçılığı fəaliyyəti ilə məşğul olanlar, həmçinin artezian və ya subartezian quyularının suyundan istehsalat və ya qablaşdırma məqsədilə istifadə edən sahibkarlar da xüsusi məqsədlər üçün istifadə icazəsi almalıdırlar. İstifadə olunan su mənbəyindən və fəaliyyət növündən asılı olaraq ödəniş məbləğləri fərqlənir. Bu məbləğlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri”ndə öz əksini tapıb.
ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti vətəndaşların diqqətinə çatdırır ki, yeni ödəniş mexanizmi yalnız xüsusi məqsədlər üçün istifadə hallarına şamil edilir və vətəndaşların şəxsi məişət ehtiyacları üçün su obyektlərindən istifadəsinə aid deyil.
Xatırladaq ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq.
Fatimə Dadaşova
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












