“Sülhməramlıların başı erməni qızları ilə kef çəkməyə qarışıb”

“Ermənilər təxribatlarla guya bizi qorxutmağa çalışırlar. Adekvat cavab alacaqlar”.
Bu sözləri millət vəkili Aqil Abbas Azərbaycan Ordusunun əsgərinin şəhid olmasına münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə əkin-biçin işləri aparılır, mülki vətəndaşlar da bu cür təxribatlarla üzləşə bilərlər.
“Əsas problem sülhməramlılarla bağlıdır. Onların üzərinə çox böyük məsuliyyət düşür. 10 noyabr bəyanatında da qeyd edildiyi kimi sülhməramlılar keçmiş Qarabağ ərazisindəki silahlıları həmin ərazilərdən çıxarmalıdırlar. Artıq bir il keçib onlar hələ də bu işi görmürlər, vəzifələrini yerinə yetirmirlər. Başları qarışıb ermənilərə ev tikməyə və erməni qızları ilə kef çəkməyə. Ermənilər sülhməramlıları yedirdib-içirdirlər, sonra da təxribatlara əl atırlar.
Təxribatlar davam edərsə, çox ağır cavab alacaqlar. Sülhməramlılar da vəzifələrini yerinə yetirə bilmədikləri üçün deyəcəyik ki, “Sizə yaxşı yol, vəzifənizi yerinə yetirmirsiniz və ya yetirmək istəmirsiniz”.
Adekvat cavabdan sonra, hər şey yaxşı olacaq”.
Yenisabah.az
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












