Sumqayıt yollarının üstüaçıq “minaları”; Lyuklar sürücülərin həyatını riskə atır - VİDEO

Sumqayıt şəhərində avtomobil yollarında sürücülər hərgün xoşagəlməz mənzərə ilə üzbəüz qalır. Avtosfer.az xəbər verir ki, Nərman Nərmanov küçəsində ətrafı çalalanmış və qapağı açıq vəziyyətdə olan lyuklar sürücüləri cana yığıb. Xüsusilə 14-cü məhəlləni əhatələyən bütün yollarda, həmçinin, Koroğlu və Bakı küçələrində eyni mənzərə hökm sürür. Sürücülərin sözlərinə görə, yolun ortasında quyu kimi görünən lyuklar əsl təhlükə mənbəyinə çevrilib.
Şikayətçilərdən biri sosial şəbəkədə video ilə bağlı rəy yazarkən qeyd edib ki, şəhərdə hərəkət etmək seçim qarşısında qalmaq deməkdir: “Ya lyuka düşməlisən, ya da qəza törətməlisən. Lyukların üstündən keçəndən sonra iki-üç həftədən bir “peredok” yığdırıram, təkər-diski dəyişirəm.”
Xüsusilə şəhərin mərkəzi bazarının yanı, “Tam Store”u keçəndən sonrakı hissədə yerləşən iki ziq-zaq formada lyuk sürücülərin əsəblərini tarıma çəkib. Hətta bəzi sürücülər zarafatla belə deyirlər: “Oradan maşını zədələmədən keçənə mükafat vermək lazımdır.”
Digər narazılıqlar isə Şəhidlər Xiyabanından “Pioner” market istiqamətinə uzanan yolda müşahidə olunur. Yolun ortasında yerləşən lyukların yaratdığı maneə sürücülərin hərəkətini çətinləşdirir, qəza riskini artırır.
Ərazidən istifadə edən sürücülər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını tələb edir.
Qeyd edək ki, Nərman Nərmanov küçəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin binasının yanından keçir. Görünən isə odur ki, yoldakı vəziyyət qurumun diqqətindən kənarda qalıb.
Fidan
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI












