Sumqayıtda narazı avtobus sürücülərinə cavabdeh qurumdan qeyri-adekvat REAKSİYA - VİDEO - YENİLƏNİB

Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov ilə əlaqə saxladıq.
O bildirib ki, həmin avtobuslar sahibkara məxsusdur və sürücülər də müqavilə əsasında çalışırlar:
“Sahibkarlar həmin avtobusların texniki problemlərinə və digər məqamlara cavabdehdir. Bu maşınların bütün ehtiyat hissələri bahadır, Türkiyədən gətirilərək dəyişdirilir. Gündəlik sürücülərə qoyulan plan 230 manatdır. İşə çıxan sürücünün günlük əməkhaqqı 15 manatdan hesablanır. Kimi qane etmirsə, işləməsin”.
Sürücülərin digər şikayətləri ilə bağlı sualları səsləndirməyə imkan tapmadıq. Çünki T.Saydumov kobud şəkildə onun əlaqə nömrəsini kimdən aldığımızı soruşaraq, bir daha ona zəng etməməyimizi bildirdi. O, məsələ ilə bağlı qaraj rəisi Eldar adlı şəxsə, eləcə də sahibkara müraciət etməyimizi tövsiyə etdi.
Sözügedən Eldar adlı şəxsin “Sumqayıt Nəqliyyat-1” MMC-nin qaraj rəisi olduğu deyilir. Bizə verilən nömrələr vasitəsilə həmin şəxslə əlaqə saxlamağa çalışdıq. Telefona cavab verən şəxs isə Eldar olmadığını bildirərək dəstəyi asdı.
Təəssüf ki, Sumqayıt şəhərində nəqliyyat sistemində baş verən problemi aydınlaşdırmaq üçün bir nəfər məsul şəxs tapa bilmədik.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən aldığımız “Sumqayıt Nəqliyyat” MMC-nin əlaqə nömrəsinə də cavab verən olmadı.
Məsələyə aidiyyəti olmasa da, Sumqayıt Şəhər İcra Hakimiyyətinin problemə reaksiya verməsi məqsədi ilə qurumla əlaqə saxladıq. Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, sürücülərin problemi kondisionerlə bağlıdır:
“Pandemiya dövründə sərnişin avtobuslarında kondisionerlər işləməyib. Uzun müddət sistem işləmədiyi üçün texniki nasazlıq yaranıb. Hazırda məsələ ilə bağlı tapşırıqların verilməsi gözlənilir”.
26.06.2021
Sumqayıtda ictimai nəqliyyatda problem yaranıb.
Belə ki, 7 nömrəli marşrut avtobuslarının sürücüləri etiraz məqsədi işə çıxmayıblar.
Səbəb kimi isə "Sumqayıt Nəqaliyyat" MMC-nin gündəlik planı artırdığı göstərilir.
Sürücülər yanacağın qiymətinin artmasına görə planın artırıldığını deyirlər.
Qeyd edək ki, cari ilin fevral ayında da avtobus sürücüləri etiraz aksiyası keçirmişdi. Məsələyə rəsmi müdaxilədən sonra problem aradan qalxmışdı.
Videonu təqdim edirik:
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










