Sumqayıtda azyaşlı bacıların ölümlərinin ilkin ehtimalı BİLİNDİ - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzi iki azyaşlı bacının ölümü barədə açıqlama verib.
Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, 16.11.2022-ci il saat 05:35-də 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı valideynləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib:
“Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib”.
oxu.az-ın əldə etdiyi məlumatda ilkin ehtimal kimi bacıların qidadan zəhərləndiyi bildirilib.
14:12
Sumqayıtda iki azyaşlının ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, baş verən hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
13:59
Sumqayıtda 2 azyaşlı ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ölənlərin 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı olduğu bildirilir.
Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Ölümün səbəbləri ekspertizadan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












