Sumqayıtda idmançını qətlə yetirən ata və oğluna HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Sumqayıt şəhər sakinləri Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Prokuror R.İsmayılovun 20 il, Ə.İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.
Hadisə 2018-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava olub.
Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda), qəsdən adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə ittiham verilib.
Qətlə yetirilən Rasif Həbibov idmançı olub.
Unikal.org
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH












