Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA

Sentyabrın 28-dən Sumqayıt şəhərində ictimai nəqliyyatda gedişhaqqının kartla ödənilməsinə başlanılıb. Sistem tətbiq ediləndən bu günə qədər marşrut avtobuslarında kartla ödənişdə problem yaranıb. Sərnişinlərə 2 manata satılan kartların balansı əsassız olaraq sıfırlanır, kartdan istifadə olunmadığı halda pul silinir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən "Sumqayıt Nəqliyyat" MMC-nin direktor müavini Tofiq Saiddinov faktı təsdiqləyib. Bildirib ki, sistem yeni olduğu üçün sərnişinlər bəzi problemlər yaşayır: "Bu sistem sentyabrın 28-də tətbiq edilib. İlk günlərdən problemlər yaranmağa başladı. Əsasən, kartyükləmə aparatlarında problemlər yaşandı. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Bunun üçün "Sumqayıt Nəqliyyat" MMC dayanacaqlarda nəzarətçilər təyin edib və həmin nəzarətçilərə sərnişin kartlarını yoxlamaq üçün xüsusi aparatlar paylanıb. Həmin aparat vasitəsilə kartlar yoxlanılır, silinmiş məbləğlər karta qaytarılır".
T.Saiddinov bildirib ki, yeni istifadəyə verilən kartda balans tam tükənməməlidir: "Əgər kartda balans tam bitərsə, o zaman kart koda düşür və ona təkrar balans artırmaq olmur. Çalışmaq lazımdır ki, kartda ən azı 20-40 qəpik balans həmişə qalsın ki, kartın balansını artıranda kart koda düşməsin".
Direktor müavini əlavə edib ki, hazırda Sumqayıtda 200 min kart satılıb: "Sumqayıtda 500 min əhali var. Onun 200 min nəfəri kart alıb. Problem yaranan sərnişin müfəttişlərə yaxınlaşaraq kartını yoxlatdıra bilər. Əgər həqiqətən də kartda problem varsa, dəymiş ziyan ödənilir və kart pulsuz dəyişdirilir. Müfəttişlərlə yanaşı, hazırda Sumqayıtda iki kart mərkəzi də yaradılıb. Sərnişinlər həmin mərkəzlərə də yaxınlaşmaqla problemi həll edə bilərlər".
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










