Narkotik alverinə görə 20 ilə yaxın həbsdə yatmış qadın və daha 9 nəfər tutulub - FOTO - YENİLƏNİB

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
APA-nın məlumatına görə, daxil olmuş əməliyyat məlumatları əsasında şəhərin müxtəlif ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Turac Məmmədova və daha 9 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın həbs həyatı yaşamış T. Məmmədova Sumqayıt şəhəri “Ceyranbatan bağları” yaşayış massivində saxlanılan zamanı üzərində narkotik vasitə olan heroin aşkarlanıb.
58 yaşlı T. Məmmədovanın yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdarda müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb. T. Məmmədova saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirilərək istintaqa cəlb edilib. T. Məmmədovanın qızı və oğlu da hazırda məhkumluq həyatı yaşayırlar. Onun həyat yoldaşı isə illər öncə külli miqdarda narkotik vasitə ilə saxlanılaraq məhkum olunub və həbsdə vəfat edib.
Digər bir əməliyyat tədbiri nəticəsində isə Hacıqabul rayonu Atbulaq kənd sakini olan və hazırda Abşeron rayonu Xırdalan şəhərində yaşayan 32 yaşlı Nuriyyə Əhmədova saxlanılıb. N. Əhmədova Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində narkotik vasitə satmaq istəyərkən tutulub. O, saxlanılan zaman üzərindən 19 qram heroin və 3 qram “patı” adlandırılan metamfetamin aşkar edilib. Narkotik maddələr maddi sübut kimi götürülüb və N. Əhmədova isə istintaqa cəlb olunub, ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sumqayıt polisinin həyata keçirdiyi digər əməliyyatlar nəticəsində isə şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Ramiz Aslanov və Emin Allahverdiyev, eləcə də Elvin Kərimli, Feyruz Əhmədov, Gülağa Quliyev, Nəcməddin Abbasov, Rövşən Məmmədov və Altun Xəlilov saxlanılıb. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif miqdarda narkotik maddə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılanlardan Altun Xəlilov şəhər ərazisindən müxtəlif ərazilərdən oğurluq etdiyinə görə, Sumqayıt şəhər Polis İdarəsində 5 cinayət faktı üzrə istintaq altındadır. Barəsində təhqiqat işi aparılmasına baxmayaraq yenə də oğurluğa əl atıb. Sonuncu dəfə şəhərin 42-ci məhəlləsində evlərdən birindən kombi aparatanı da oğurlamaqda da şübhəli bilinir.
Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.
Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
















