Sürücülər çaşqınlıq içərisində: Bu yolda ciddi təhlükə var! - VİDEO

Bakıda yeni təmir olunmuş yolda, nişanların qoyulmaması həmin ərazidə tez-tez qəzalara səbəb olur. Sakinlər iddia edirlər ki, yol təmir olunduqdan sonra istifadəyə verilərkən heç bir yol nişanı qoyulmadığından sürücülər kəsişmə ərazisi olan yerdə çaş-baş qalırlar. Bu da sözügedən yolda qəza riskini artırır.
Yolda nə istiqamətverici nişan, nə də ki məlumatverici lövhələr var.
Yol hərəkətinin təşkilindəki problem bir neçə ay əvvəl təmir olunmuş paytaxtın Nizami rayonu Əlif Hacıyev və Rizvan Teymurov küçələrinin kəsişməsində yaşanır. Sakinlər deyirlər ki, bərbad vəziyyətdə olan yol təmir olunub. Amma yol istifadəyə verilərkən aidiyyəti qurumlar nişanları qoymayıblar. Nişanların olmaması da həmin yol kəsişməsində hər gün qəzaya səbəb olur. Elə həmin əraziyə çəkiliş aparmaq üçün gələrkən, növbəti yol nəqliyyat hadisəsinin baş verdiyinin biz də şahidi olduq.
Sözügedən yolda piyadaların da hərəkəti çətinləşib. Təmirdən sonra yol cizgi xətləri çəkilsə də, piyadaların keçidi üçün zolaq çəkilməyib. Sakinlər təkilif edirlər ki, yola nişan qoyulmaqla yanaşı, kəsişmə nöqtəsinə də işıqfor quraşdırılsın.
Yaranan problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, təmirdən sonra yolboyu bəzi nişanlar quraşdırılıb. Amma çatışmayanlar da var. Sifariş olunub, günü sabah yol tam nişanlarla təchiz olunacaq. O ki qaldı sakinlərin yolun kəsişməsinə işıqforun quraşdırılması təklifinə, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də bildirdi ki, həmin əraziyə agentliyin mütəxəssisləri baxış keçirəcəklər. Əgər ehtiyac varsa, həmin əraziyə işıqfor quraşdırılacaq.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










