Taksi qiymətləri harada daha ucuzdur? - Azərbaycan, yoxsa qonşu ölkələrdə?

"Region ölkələri ilə müqayisədə Azərbaycanda taksi xidmətlərinin qiymətləri orta səviyyədə hesab olunur". Avtosfer.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.
AQC sədri əlavə edib ki, Qərb ölkələrində və ABŞ-də taksi qiymətləri Azərbaycandan təxminən 3–3,5 dəfə bahadır:
"Region ölkələri ilə müqayisədə isə Azərbaycanda mövcud qiymətlər nə ucuz, nə də bahalı kateqoriyaya daxildir. Hazırda regionda ən bahalı taksi xidmətləri Türkiyədədir. İkinci yerdə Gürcüstan, üçüncü yerdə Azərbaycan, dördüncü yerdə Rusiya qərarlaşıb. İran və Ermənistan isə ən ucuz taksi xidmətlərinin göstərildiyi ölkələr sırasındadır. Taksi xidmətində ucuz qiymət hər zaman üstünlük demək deyil. Ən ucuz xidmətlər, adətən, ən aşağı keyfiyyəti özündə ehtiva edir. Qiymətləndirmə aparılarkən təkcə kilometraj haqqı deyil, servis səviyyəsi, sürücülərin davranışı, avtomobillərin vəziyyəti və ümumi xidmət keyfiyyəti də nəzərə alınmalıdır. Bu baxımdan Azərbaycanda taksi xidmətləri qiymət–keyfiyyət balansına görə regionda orta və qənaətbəxş mövqedədir".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












