Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb - FOTO

Azərbaycan Respublikası Müdafiə Naziriliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Avtosfer.az-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərində Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edib. Sonra idarə rəisi Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi general-mayor Şalva Şengelia ilə görüşüb. Görüşdə birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinə Gürcüstan hərbi polisi və onun əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub. Görüşdən sonra silahlara və texnikaya baxış keçirilib, döyüş atışlı təlimlər, o cümlədən bina əməliyyatı və yüksək ranqlı şəxslərin qorunması tədbirlərinin icrası izlənilib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
















