Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA

Vətəndaşlardan biri ailə üzvünü oksigen balonu ilə təchiz olunmuş Təcili Tibbi Yardım (TTY) avtomobili ilə Bakıdan rayona aparmaqda çətinlik çəkib. O, TTY avtomobillərində oksigen balonlarının olub-olmaması ilə maraqlansa da, sualına aydın cavab ala bilməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Bakı şəhəri və ölkənin regionları üzrə fəaliyyət göstərən təcili tibbi yardım avtomobillərinin böyük əksəriyyəti oksigen balonları ilə təchiz olunub.
"Hazırda təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının yenilənməsi istiqamətində ardıcıl və mərhələli işlər həyata keçirilir. Bu çərçivədə köhnə və istismara yararsız nəqliyyat vasitələrinin tədricən yeniləri ilə əvəz olunması təmin edilir. Təkcə 2025-ci il ərzində 100-dən artıq istismara yararsız təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq, müasir standartlara cavab verən yeni ambulanslarla əvəz edilib. Bununla yanaşı, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər də qismən də olsa mövcuddur. Ümumilikdə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi fonunda təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Təcili tibbi yardım xidmətinin regionlarda daha da təkmilləşdirilməsi, çağırışlara operativ cavab verilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir", - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












