Təcili yardım sürücülərinin qayda pozması ilə bağlı - TƏBİB-dən AÇIQLAMA - VİDEO

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı növbəti hadisə qeydə alınıb. Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində təcili yardım avtomobilinin sürücüsü zəruri tibbi çağırış olmadan xüsusi işıq və səs siqnallarından istifadə edərək yolun əks istiqamətinə çıxıb, qoşa xətti keçərək digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb. Qayda pozuntusuna yol verən sürücünün sərxoş olduğu və narkotik vasitə qəbul etdiyi faktı da aşkarlanıb.
Təəssüf ki, bu kimi hallara zaman-zaman rast gəlinir. Bəzi hallarda təcili tibbi yardım avtomobillərinin sürücüləri çağırış olmadığı halda sürət həddini aşır, yol hərəkəti qaydalarını pozurlar. Nəticədə yol-nəqliyyat hadisələri baş verir, hətta ölüm faktları qeydə alınır.
Maraqlıdır, təcili tibbi yardım avtomobillərini idarə edən sürücülər hansı meyarlarla işə qəbul olunurlar? Onların fiziki və psixoloji vəziyyəti yoxlanılırmı?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Baku TV-yə bildirilib ki, təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı namizədlərin sağlamlıq vəziyyəti, psixoloji durumu və hüquqi statusu xüsusi diqqətlə qiymətləndirilir.
Qurumdan qeyd olunub ki, sürücülər işə qəbul olunarkən narkoloji dispanserdən arayış, psixoloji mərkəzdən arayış, sağlamlıq haqqında tibbi arayış və məhkumluğun olub-olmaması barədə arayış təqdim etməlidirlər. Bu sənədlər namizədin zərərli vərdişlərdən uzaq olduğunu, psixoloji və fiziki cəhətdən peşəyə yararlı olduğunu, həmçinin hər hansı hüquqi məhdudiyyətinin olmadığını təsdiqləyir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












