Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA

İran regiondakı gələcək təhlükəsizlik məsələlərində aktiv rol oynamağa hazırlaşdığını bəyan edib. Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami "Sputnik Ermənistan"a müsahibəsində ölkəsi ətrafında baş verən proseslərə münasibət bildirib.
Səfir qeyd edib ki, İranın Ali Lideri Əli Xameneinin ölümündən sonra ölkədə hakimiyyət boşluğu yaranmayıb. Onun sözlərinə görə, İran bəzi mühüm fiqurları itirsə də, yeni lider seçilib və daxili sabitlik qorunub saxlanılıb.
Diplomat vurğulayıb ki, İrana qarşı aqressiya zamanı qarşı tərəf iki əsas strateji məqsəd güdüb: idarəetmə sistemini çökdürmək və İran ordusunu zəiflətmək, lakin bu hədəflərin heç biri reallaşmayıb.
O, həmçinin bildirib ki, Tehran mümkün quru müdaxiləsi ehtimalını da nəzərə alır və bu ssenariyə qarşı konkret planlara malikdir. Səfir əlavə edib ki, belə bir ehtimal ABŞ-də, xüsusilə Donald Trumpın mövqeyi fonunda yaranan qarışıqlıq və gərginlik şəraitində daha da aktuallaşır.
Səfir Zəngəzur dəhlizinə də toxunub. Xəlil Şirqolami ABŞ-ın TRIPP layihəsində iştirakını nəzərə alaraq, müharibədən sonra İranın bu kontekstdə narahatlıqlarının daha da artdığını bəyan edib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












